Tarix: 21 Aprel 2020 01:46
Baş məşqçi axtarışlarını davam etdirən "Fənərbaxça" Manuel Pelleqerini ilə danışıq aparır.
Qol.az xəbər verir ki, bu barədə Pelleqrinin vətəni Çilinin "La Cuerta" nəşri məlumat yayıb.
İstanbul klubunun rəsmilərinin 66 yaşlı çalışdırıcı ilə telefon əlaqəsi yaratdığı bildirilib. Məlumata görə, "sarı-lacıvərdlilər" təcrübəli çalışdırıcını Türkiyəyə dəvət edib.
Qeyd edək ki, "Real", "Mançester Siti", "Malaqa", "Vilyareal" kimi klubları çalışdırmış Pelleqrinin son iş yeri "Vest Hem" olub.