Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbağça'' klubu Manuel Pelleqrini ilə danışıqlara başlayıb

''Fənərbağça'' klubu Manuel Pelleqrini ilə danışıqlara başlayıb

Tarix: 21 Aprel 2020 08:44

Baş məşqçi axtarışlarını davam etdirən İstanbulun "Fənərbağça" futbol klubu Manuel Pelleqrini ilə danışıqlar aparır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, İstanbul klubunun rəsmiləri 66 yaşlı çalışdırıcı ilə telefon əlaqəsi yaradıb. Məlumata görə, "Fənərbağça" təcrübəli çalışdırıcını Türkiyəyə dəvət edib.

Qeyd edək ki, "Real Madrid", "Mançester Siti", "Malaqa", "Vilyareal" kimi klubları çalışdırmış Pelleqrinin son iş yeri "Vest Hem" olub.


Etiketlər:  Fənərbağça klubu Manuel Pelleqrini ilə danışıqlara başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ