Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 11:34
"Bavariya"nın idarə heyətinin sədri Karl Hayns Rummeniqe komandanın qapıçısı Manuel Noyer haqda danışıb.
Qol.az "Bild"ə istinadən xəbər verir ki, o, 34 yaşlı qolkiperlə 2021-ci ildə başa çatacaq müqavilənin müddətini uzadacaqlarına inandığını deyib: "Dünyanın ən yaxşı qapıçılarından birinə sahibik və onunla çox uğur qazanmışıq. Müqavilə məsələsində ortaq məxrəcə gəlib imza atılacağına inanıram".
Xatırladaq ki, Münhen təmsilçisi alman qapıçı ilə müqavilənin müddətini uzadılması ilə bağlı razılığa gələ bilmir.
Qeyd edək ki, Noyerin "Bavariya"dan 5 illik yeni müqavilə və ilinə 25 milyon avro tələb etdiyi bildirilirdi. Ancaq o, bu iddiaları təkzib etmişdi.