Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 16:14
Kolumbiya "Deportes Tolima"sının futbolçusu Rocer Roxas sabiq klubu "Sabah"dakı vaxtlarını xatırladıb.
Qol.az xəbər verir ki, honduraslı hücumçu ölkəsinin mətbuatına müsahibəsində bununla bağlı deyib: "Azərbaycandakı çıxışımla müqayisədə deyə bilərəm ki, indi daha çox müntəzəm oynaya bilərəm. Azərbaycanda zədə səbəbindən çox oynaya bilmədim. Hazırda daha səviyyəli liqada çıxış edirəm".
Qeyd edək ki, Roxas “Sabah”a ötən ilin avqustunda keçmişdi. 29 yaşlı futbolçu paytaxt klubunda 13 oyunda 2 qol vurub. O, ötən ilin dekabrında Kolumbiyanın “Deportes Tolimo” klubuna keçib.