Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 18:48
Portuqaliyanın “Sportinq” klubu məşqlərini bərpa edib.
Qol.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Məşq zamanı futbolçular qruplara bölünərək, sosial məsafəni qoruyub.
Futbolçular iki məşqçi və bir həkimin nəzarəti altında çalışıblar.
Qeyd edək ki, "Sportinq" 24-cü turda dayandırılan çempionatın turnir cədvəlində 42 xalla 4-cü pillədə qərarlaşıb.