Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 20:06
Bu qaydalara tək karantin günlərində deyil, ilin bütün günlərində və bir ömür boyu riayət etməlisiz. Təmzlik gigiyenası kimi, yuxunun da öz qaydaları var.
Sonxeber.net medicina.az-a istinadən psixiatr Əmrah Abdullayevin yata bilməyənlər üçün effektiv qaydalarını təqdim edir.
-Həmişə yatağa eyni vaxtda girin və səhər eyni saatda yataqdan çıxın.
- Günorta saatlarında yatmayın və uzanmayın.
- Oyandıqdan sonra yataqda vaxt keçirməyin.
- Axşam yuxu ehtiyacı hiss edincə gözləmədən yatağa keçin.
- Eyni yerdə yatın.
- Yataq otağı qaranlıq olmalı, otaqda cüzi də olsa işıq mənbəyi olmamalıdır.
- Yuxu saatından 1 saat əvvəl telefon, planşet, kompyuter və televizordan istifadəni dayandırın.
- Axşam saatlarında çay, kofe, kola kimi stimulyasiya edici içkilər içməyin.
- Son qida qəbulu ən gec yuxu saatından 2 saat əvvəl olmalıdır.
- Fiziki aktivliyi artırın ancaq yuxu saatından 2 saat əvvəl məşqi bitirmiş olmaq məsləhətdir.
- Yatağınızı sadəcə gecə yuxusu və cinsəllik üçün isitifadə edin.
- Yatmaqdan qabaq stabil yuxuya hazırlıq rituallarına riayət edin ( diş fırçalamaq, pijama geyinmək və s.)
- Əgər yatağa girdikdən 30 dəqiqə sonra yuxuya gedə bilmirsinizsə, yataqdan çıxın hansısa qeyri-aktiv işlə məşğul olub, 15-20 dəqiqə sonra yatağa təkrar dönün. Lazım gələrsə bunu gecə ərzində bir neçə dəfə təkrar edin.