Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 20:24
Feysbuk 2021-ci ilin iyun ayına qədər bütün kütləvi tədbirləri ləğv edib və işçilərə 2020-ci ilin sentyabrınadək evdən işləməyə icazə verib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Feysbuk 2021-ci ilin iyununa qədər 50-dən çox insanın iştirak etdiyi bütün kütləvi tədbirləri ləğv edib.
Sosial şəbəkə bəzi tədbirləri onlayn keçirəcək.
"Feysbuk işçilərinin çoxu evdən tam işləyə bildikləri üçün şanslıdırlar. Cəmiyyətin tədricən "özünü təcrid etməkdən" çıxacağını da bilirik. Buna görə də, məsuliyyət hiss edirik. Ümid edirəm ki, bu, Covid-19-un yayılmasının qarşısını alacaq", - deyə Feysbukun başçısı Mark Zuckerberq qeyd edib.