Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniyada ''pomidor döyüşləri'' təxirə salındı

İspaniyada ''pomidor döyüşləri'' təxirə salındı

Tarix: 22 Aprel 2020 13:08

Bakı. Trend:

İspaniyanın Bunyol şəhərində keçirilən ənənəvi “Tomatina” festivalı koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə Valensiya əyalətinin rəhbərliyi qərar verib.

Qeyd edək ki, “Tomatina” festivalı müxtəlif qruplar arasında keçirilən “pomidor döyüşləri” ilə məşhurdur. Festival hər il avqustun sonuncu həftəsində keçirilir.

Ötən gün Almaniyada Bavariya federal torpağının hökuməti payızda nəzərdə tutulan “Oktoberfest” festivalını təxirə salmışdı.


Etiketlər:  İspaniyada pomidor döyüşləri təxirə salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ