Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2020 19:16
"Barselona"nın yarımmüdafiəçisi Artur karyerasını İngiltərədə davam etdirə bilər.
MillişAz goal.az-a istinadən xəbər verir ki, "Tottenhem" futbolçunun xidmətində maraqlıdır.
Məlumata görə, London təmsilçisi 23 yaşlı oyunçuya hazırkı maaşından daha yüksək məbəlğ təklif edib. Kataloniya klubu Arturun komandadan ayrılmasına mane olmayacaq.
O, 2018-ci ildə Gremio-dan 31 milyon avro qarşılığında "Barselona"ya keçmişdi. Futbolçunun komandası ilə 2024-cü ilə qədər müqaviləsi var.
Qeyd edək ki, Artur cari mövsümdə Kataloniya təmsilçisində 23 matç keçirib və 4 qol vurub.