Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2020 19:34
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov karantin günlərində asudə vaxtlarından səmərəli yararlanmağa çalışır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qrossmeyster aktyor Alen Delonun çəkildiyi, 1969-cu ilin fransız filmi "Siciliya klanı"na ("Le clan des Siciliens") italiyalı Ennio Morrikonenin bəstələdiyi musiqiyə qulaq asır.
Onun qulaq asdığı musiqilərdən biri də məşhur Britaniya qrupu "Queen"in ifa etdiyi və Azərbaycanın Xalq artisti Aygün Kazımova tərəfindən remiks olunan mahnıdır. T.Rəcəbov bunu "Instagram"da paylaşaraq qeyd edib:
"15 yaşım olanda "Queen" və Aygün Kazımovanın fanatı idim. Yaxşı miksdir. Amma nə vaxt bu mahnıya qulaq assam, nostalgiyaya qapılıram".
Qeyd edək ki, Teymur Rəcəbov 5-10 may tarixlərində FIDE-nin onlayn şəkildə təşkil etdiyi Millətlər Kubokunda çıxış edəcək. 180 min dollar mükafat fondu olan yarışda şahmatçımız dünya yığmasının heyətində Rusiya, ABŞ, Çin, Hindistan və Avropa komandalarına qarşı mübarizə aparacaq.