Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2020 20:00
Borussia Dortmund-da çıxış edən Əşrəf Hakimi karyerasını İngiltərədə davam etdirə bilər.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, müqavilə ilə Real Madrid-ə məxsus olan futbolçuya bir neçə təklif var.
Məlumata görə, oyunçu Tottenham və Arsenal-ın maraq dairəsindədir. Dortmund təmsilçisi Hakimini buraxmaq niyyətində deyil. Ancaq müdafiəçinin mövsüm sonunda icarə vaxtı bitir.
21 yaşlı mərakeşli futbolçu İspaniyada oynamaq istəmir. Bunun üçün də oyunçunun gələn təkliflərə müsbət yanaşdığı bildirilir.