Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zərdab rayonunun 80 yaşlı sakini: Cənab Prezident, əminəm ki, xalqımız bu zəhmətinizi heç vaxt unutmayacaq

Zərdab rayonunun 80 yaşlı sakini: Cənab Prezident, əminəm ki, xalqımız bu zəhmətinizi heç vaxt unutmayacaq

Tarix: 22 Aprel 2020 20:00

Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu göndərən vətəndaşlar arasında Zərdab rayonunun Qoruqbağı kəndinin 80 yaşlı sakini Mustafa Mustafayev də var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, məktubunda yazır:

"Hörmətli cənab Prezident, mənim 80, həyat yoldaşımın isə 68 yaşı var. Karantin rejiminə əməl edərək evdən çıxmırıq. Təqaüd və müavinətlər alsaq da, heç bir maddi sıxıntımız olmasa da, bu günlərdə xüsusi diqqət və qayğı ilə əhatə olunmuşuq. Tez-tez ərzaq yardımı, müxtəlif hədiyyələr alırıq. Cənab Prezident, dövlətimizin qərarları bizim üçün qanundur. Allah tezliklə bu bəlanı ölkəmizin başının üstündən yox etsin. Sizin əməyiniz qarşısında baş əyir, xalqımızın bu zəhmətinizi heç vaxt unutmayacağına əminəm. Çünki bilirəm ki, bu əməyi, bu zəhməti unudan Allahı unudar. Allah Sizi Azərbaycan xalqına çox görməsin!".

Milli.Az


Etiketlər:  Zərdab rayonunun 80 yaşlı sakini Cənab Prezident əminəm ki xalqımız bu zəhmətinizi heç vaxt unutmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ