Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 00:04
Bakı. Trend:
İtaliyada sutka ərzində yeni koronavirusun səbəb olduğu xəstəliyin fəsadlarından ölənlərin sayı 437 nəfər, qurbanların ümumi sayı isə 25 085 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti bildirib.
Məlumata əsasən, ötən sutkada rekord sayda sağalan xəstə - 2 443 nəfər, reanimasiya şöbələrində isə ən aşağı koronavirus xəstəsi qeydə alınıb - 2,384 nəfər.
Pandemiya başlayandan bəri ölkədə yoluxanların ümumi sayı 187 327 nəfərə çatıb. Sağalanların sayı isə 54 543 nəfərə çatıb.