Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 18:04
Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, 2020-ci il ölkəmizdə "Könüllülər ili" elan edilib. "Könüllülər ili"nə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və "KOB könülllüləri"nin təşəbbüsü ilə "Könüllünün öz/əl kitabı" nəşr edilib.
Sonxeber.net xəbər verir ki, agentlikdən Trend-ə bildirilib ki, könüllülük fəaliyyətinin təşviqi məqsədilə çap olunmuş kitab işgüzar inkişafında, karyerasında müvəffəqiyyət qazanmaq istəyən, könüllü olaraq ilk addımlarını atan gənclərə, o cümlədən hazırda könüllü olan tələbələrə, həmçinin onların valideynlərinə, fəaliyyətlərinə könüllü cəlb etmək istəyən dövlət və özəl qurumlara ünvanlanıb.
13 min tirajla nəşr olunmuş "Könüllünün öz/əl kitabı" könüllülüyün tarixi, bu sahədə beynəlxalq təcrübə, könüllülərlə işin təşkili, ölkəmizdə fəaliyyət göstərən milli könüllü təsisatları barədə məlumatların yer aldığı 13 bölmədən ibarətdir.
Gənclərin və könüllülərin gələcək fərdi və biznes yönümlü inkişafında, o cümlədən karyera planlamasında əhəmiyyətli vasitələrdən olacaq "Könüllünün öz/əl kitabı" 2020-ci il ərzində ölkəmizdə fəaliyyət göstərən müxtəlif təşkilatların könüllülərinə pulsuz olaraq paylanılacaqdır.