Tarix: 23 Aprel 2020 23:14
“Atalanta”nın qapçısı Marko Sportelloda ikinci dəfə koronavirus infeksiyası aşkarlanıb.
Qol.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” qəzeti məlumat yayıb.
İtaliyalı qolkiperdə ilk dəfə martın 20-də koronavirus testi müsbət çıxıb. Müalicə olunduqdan sonra sağalan 27 yaşlı qapıçının 3-cü testi müsbət nəticələnib.
Sportellanın özünü yaxşı hiss etdiyi və evdə karantinə alındığı bildirilib.