Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda avtobusla qatarın toqquşduğu qəzada xəsarət alan Novruz öldü

Bakıda avtobusla qatarın toqquşduğu qəzada xəsarət alan Novruz öldü

Tarix: 24 Aprel 2020 09:22

2018-ci ilin oktyabrında Bakının Binə qəsəbəsində sərnişin avtobusu və qatarın toqquşması nəticəsində baş verən qəzada xəsarət alaraq komaya düşən Novruz Salmanov vəfat edib.

Sonxeber.net qafqazinfo-ya istinadla xəbər verir ki, 23 yaşlı Novruz Binə qəsəbəsində 160 saylı marşrut avtobusunun qatarla toqquşması nəticəsində ağır xəsarət alan 30-a yaxın sərnişindən biri idi.

Yaxınlarının verdiyi məlumata görə o, hadisədən sonra ağır vəziyyətdə 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. Türkiyədə də xeyli müddət müalicə olunmağına baxmayaraq, onu həyatda saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, Novruz Salmanov Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının məzunu olub.


Etiketlər:  Bakıda avtobusla qatarın toqquşduğu qəzada xəsarət alan Novruz öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ