Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tibbi maskalar 95 faiz halda yanlış istifadə olunur

Tibbi maskalar 95 faiz halda yanlış istifadə olunur

Tarix: 24 Aprel 2020 14:48

Bakı. İlhamə İsabalayeva - Trend:

Tibbi maskalar 95 faiz halda yanlış istifadə olunur.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bu gün keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tibbi əlcək taxıldıqda insanlar arasında daha təhlükli vəziyyət yaranır:

“Əlcək taxan insanlar çox zaman əl yumaqdan imtina edirlər və buna görə daha təhlükəli vəziyyət yaranır. Tibbi əlcək taxıb əlinizə, üzünüzə, telefonunuza əl vursanız, onda yenidən yoluxma halı ola bilər. Maska yan tərəfdən çıxarılaraq atılmalıdır. İnsanlar əllərini yumadıqda daha böyük risk olur”.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Cəvahir Süleymanova deyib ki, maskanı xəstə insanlar taxmalıdır:

"Çünki maska xəstə insan asqıran, öskürən zaman virusun ətrafa yayılmasının qarşısını alır. Sağlam insanın maska taxması onu virusdan qorumur. Ona görə də ÜST tövsiyə edir ki, maskanı xəstə insanlar taxmalıdır. Amma indi vəziyyət dəyişkən olub, ona görə də bəzi ölkələrdə insanların maska, əlcək taxması tövsiyə edilir. Əsas məqam odur ki, həmin maska və əlcəklər taxılarkən onarın çıxarılmasına və atılmasına çox böyük diqqət yetirilməldir. Maskalar nəm olarsa, o, 1-2 saatdan sonra dəyişilməlidir".


Etiketlər:  Tibbi maskalar faiz halda yanlış istifadə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ