Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arzu Nağıyev: Azərbaycanda narkotik vasitələrdən istifadə edən şəxslərin hərbi xidmətə çağırılması məqsədəuyğun deyil

Arzu Nağıyev: Azərbaycanda narkotik vasitələrdən istifadə edən şəxslərin hərbi xidmətə çağırılması məqsədəuyğun deyil

Tarix: 24 Aprel 2020 18:12

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda mütəmadi olaraq narkotik vasitələrdən istifadə edən şəxslərin hərbi xidmətə çağırılması məqsədəuyğun deyil.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin plenar iclasında Cinayət Məcəlləsinə edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, həmin şəxslər gedib orada nəinki müalicə olunacaq, əksinə narkotik vasitəni orada da yayacaq.

A.Nağıyevin sözlərinə görə, bu gün narkotik vasitələrdən istifadə yaşı azalıb, məktəblilər arasında da yayılıb. Bundan başqa, yalnız məktəblilər arasında deyil, müəllimlər arasında da mütəmadi testlərin keçirilməsi vacibdir.

Deputat təcridxanalarda da narkotik vasitələrin istifadəsinə nəzarətin gücləndirilməsinin vacibliyini qeyd edib:

"Narkotik vasitələrin kimlərsə tərəfindən içəri keçirilməsinin qarşısı alınmalıdır. Bu məsələyə nəzarətin gücləndirilməsi vacibdir”.

O əlavə edib ki, cinayətlərin sayının azaldılması üçün narkotik vasitələrin kuryerlərinə, topdan satışını həyata keçirən şəxslərə qarşı da cəzalar sərtləşdirilməlidir.


Etiketlər:  Arzu Nağıyev Azərbaycanda narkotik vasitələrdən istifadə edən şəxslərin hərbi xidmətə çağırılması məqsədəuyğun deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ