Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Çin və Qətərdən gələn təkliflərlə maraqlanmıram" - Radamel Falkao

Tarix: 25 Aprel 2020 14:30

"Qalatasaray"ın futbolçusu Radamel Falkao komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az Sportal.az-a istinadən xəbər verir ki, kolumbiyalı hücumçu İstanbul klubunda xoşbəxt olduğunu deyib:

"Qalatasaray"dan ayrılmağı düşünmürəm. Burada hədəflərim var. Ailəm də İstanbulda olmaqdan məmnundur. Çin və Qətərdən gələn təkliflərlə maraqlanmıram. Əgər seçimim daha çox pul qazanmaq olasydı, "Monako"dan birbaşa bu ölkələr gedərdim".

34 yaşlı hücumçu Kolumbiya millisi ilə DÇ-2022-də çıxış etmək arzusunda olduğunu sözlərinə əlavə edib.

Falkao bu mövsüm "sarı-qırmızılar"da 14 oyunda 9 qol vurub, 1 assist edib. Təcrübəli futbolçunun "Qalatasaray"la 2 illik sözləşməsi qalıb.

Milli.Az


Etiketlər:  Çin Qətərdən gələn təkliflərlə maraqlanmıram Radamel Falkao


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ