Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 21:44
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üzrə hesabatı açıqlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, aprelin 24-ə olan məlumata görə, 65.522 fərdi (mikro) sahibkar müraciət edib, onlardan 60.169 nəfərin müraciəti araşdırılıb.
Faktiki olaraq 55.022 vergi ödəyicisinə 37.930,3 min manat vəsait ödənilib.
Müraciəti araşdırılmış fərdi sahibkarlara göstəriləcək maliyyə dəstəyinin məbləği isə 40.620,5 min manat təşkil edir.
Tədbirin icrası üzrə ümumilikdə 80 milyon manat nəzərdə tutulub.