Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÇL-in finalında geyindiyi əlcəyi satışa çıxardı

ÇL-in finalında geyindiyi əlcəyi satışa çıxardı

Tarix: 26 Aprel 2020 01:58

“Tottenhem”in qapıçısı Huqo Loris ötən mövsüm Çempionlar Liqasının finalında geyindiyi əlcəyini satışa çıxarıb.

Qol.az xəbər verir ki, kapitanın auksionda satılacaq əlcəyinin ilkin qiyməti 850 avro göstərilib.

Fransalı qolkiper qazanılacaq gəlirin koronavirusla mübarizə aparan səhiyyə işçilərinə veriləcəyini açıqlayıb.

Xatırladaq ki, “Tottenhem” ÇL-in finalında “Liverpul”la qarşılaşmış və 0:2 hesabıyla məğlub olmuşdu.

 


Etiketlər:  finalında geyindiyi əlcəyi satışa çıxardı


RƏYLƏR