Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moyze Kin karantini pozub əylənməyə getdi

Moyze Kin karantini pozub əylənməyə getdi

Tarix: 26 Aprel 2020 10:34

“Everton”un hücumçusu Moyze Kin karantin qaydasını pozub.

Qol.az “Sky Sports”a istinadən xəbər verir ki, italiyalı futbolçu Britaniyada koronavirus pandemiyasına görə məcburi elan edilən özünütəcrid tələbinə əməl etməyərək əylənməyə yollanıb. Onun bir partiyə getməsini media nümayəndələri müəyyənləşdirib.

Klub yaydığı bəyanatda bununla bağlı xəbərlərdən şoka düşdüyünü açıqlayıb: “O, hökumətin çağırışını və klubun koronavirusla bağlı siyasətini pozub. Biz futbolçumuzun bu hərəkətindən təəssüflənir və bunu yolverilməz sayırıq”.

Xatırladaq ki, Kin “Everton”a ötən yay 27,5 milyon avroya “Yuventus”dan transfer olunub.

 


Etiketlər:  Moyze karantini pozub əylənməyə getdi


RƏYLƏR