Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2020 15:50
Xalq artisti Röya Ayxan "Nazlı" adlı solo konsertinin tarixini növbəti dəfə dəyişdirib.
Sonxeber.net xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan musiqili gecə payızda baş tutacaq. Belə ki, daha əvvəl 14, 15, 16 və 17 may tarixlərində keçirilməsi planlaşdırılan tədbir 1, 2,3 və 4 oktyabrda baş tutacaq.
Qeyd edək ki, əvvəlcə mart ayında keçirilməsi düşünülən konsert Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq, may ayına keçirilmişdi.