Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi ölkələrdə bayram namazı sabah qılınacaq, Azərbaycanda isə VAXT...

Bəzi ölkələrdə bayram namazı sabah qılınacaq, Azərbaycanda isə VAXT...

Tarix: 3 Iyun 2019 17:16

Bakı. Elçin Mehdiyev - Trend:

İyunun 5-də Azərbaycanda Ramazan ayı münasibətilə bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə verilən məlumata görə, bayram namazının qılınması iyunun 5-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində baş tutacaq.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 6-na təsadüf edib, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 5-ə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Xatırladaq ki, bəzi ölkələrdə (Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və b.) Ramazan ayı münasibətilə bayram namazı sabah qılınacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bəzi ölkələrdə bayram namazı sabah qılınacaq Azərbaycanda isə VAXT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ