Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 14:12
Bakı. Trend:
Litvada aprelin 27-dən başlayaraq karantin rejiminin yumşaldılması çərçivəsində müəyyən tələblərə əməl etmək şərti ilə kafelər, gözəllik salonları və muzeylər açılıb.
Trend-in məlumatına görə, kafelərdə masa arxasında iki nəfərdən artıq şəxs otura bilməz.
Gözəllik salonları və bərbərxanalarda 10 kvadrat metr ərazidə bir müştəriyə xidmət göstərilə bilər.
Bundan başqa, paytaxt Vilnüs bələdiyyəsi parkların açılmasına da icazə verib.
Qeyd edək ki, Litvada martın 16-dan karantin rejimi davam edir. Bu günədək bir neçə dəfə artırılan rejim mayın 11-dək qüvvədə olacaq.
Litvada bu günədək 1 449 nəfər koronavirusa yoluxub, 41 nəfər ölüb.