Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevgilisi ilə karantin qaydalarını pozan futbolçu cəzalanıb

Sevgilisi ilə karantin qaydalarını pozan futbolçu cəzalanıb

Tarix: 27 Aprel 2020 15:20

Bakı. Trend:

“Everton” Moyze Kini karantin qaydalarını pozduğuna görə cəzalanıb.

Bildirilir ki, 20 yaşlı hücumçu sevgilisini evə dəvət edərək onun üçün ziyafət masası hazırlayıb. Buna görə Liverpul klubu Kinin 2 həftəlik məvacibini ödəməyəcək. Bu isə 100 min funtsterlinq deməkdir.

Qeyd edək ki, 2016-cı ildə “Yuventus”da debüt edən Moyze Kin ötən ilin yayında icarə əsasında “Everton”a keçib. İndiki mövsümdə o, Mersisayd klubunun heyətində 22 oyunda 1 qol vurub.


Etiketlər:  Sevgilisi ilə karantin qaydalarını pozan futbolçu cəzalanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ