Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İspaniya polisi 4 ton kokain ələ keçirib

İspaniya polisi 4 ton kokain ələ keçirib

Tarix: 28 Aprel 2020 01:20

Bakı. Trend:

İspaniya hüquq-mühafizə orqanları narkotik ticarəti ilə mübarizə çərçivəsində keçirilən əməliyyat zamanı dörd ton kokain ələ keçirib.

Trend-in məlumatına görə, bu barədə ölkənin milli polisi bildirib.

Məlumata əsasən, narkotik partiyası Toqo bayrağı altında İspaniya Muxtar Birliyi Qalisia sahillərinə gedən gəmidə olub. Gəmi beynəlxalq sularda tutulub.

Əməliyyat nəticəsində 15 ekipaj üzvü də daxil olmaqla 28 nəfər saxlanılıb.


Etiketlər:  İspaniya polisi 4 ton kokain ələ keçirib


RƏYLƏR