Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Milan” müdafiəçi transfer edəcək – 15 milyona

“Milan” müdafiəçi transfer edəcək – 15 milyona

Tarix: 28 Aprel 2020 08:34

İtaliyanın "Milan" klubunun transfer siyahısında yer alan müdafiəçilərdən biri bəlli olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, A seriyası təmsilçisi Fransa "Strasburq"unun futbolçusu Məhəmməd Simakanı almağa qərar verib.

"Rossonyeri" hələ qışda fransalı müdafiəçini almağa cəhd etmişdi. Həmin vaxt 20 milyon avro ödəməyə hazır olan milanlıların istəyi baş tutmamış, danışıqlar müsbət nəticələnməmişdi.

Yenidən danışıqları bərpa etməyi düşünən italiyalılar futbolçunu bu dəfə daha ucuz qiymətə almağı planlaşdırır. "Milan" müdafiəçi üçün 15 milyon avro təklif edəcək.

"Strasburq" isə Simakana görə daha yüksək məbləğ almağa iddialıdır. Fransalılar "Tottenhem", Dortmund "Borussiya"sı, "Leypsiq" və "Everton"un da futbolçuya maraq göstərməyindən yararlanıb onu daha baha sata bilər.

Milli.Az


Etiketlər:  Milan müdafiəçi transfer edəcək 15 milyona


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ