Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MDİ Dağlıq Qarabağda keçirilən qondarma ''seçkiləri'' pisləyib

MDİ Dağlıq Qarabağda keçirilən qondarma ''seçkiləri'' pisləyib

Tarix: 28 Aprel 2020 12:45

Yeni Azərbaycan Partiyasının müşahidəçi üzv olduğu və sıx əməkdaşlıq etdiyi Mərkəzçi Demokrat İnternasionalı (MDİ) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "prezident və parlament seçkiləri" ilə bağlı bəyanat yayıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bəyanatda heç bir ölkənin Dağlıq Qarabağı dövlət kimi tanımadığı, bu səbəbdən də bölgədə keçirilən qanunsuz seçkilərin regionda uzun müddət davam edən münaqişənin həlli istiqamətində Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar prosesinə töhfə vermədiyi qeyd olunur.

MDİ beynəlxalq hüquq prinsiplərinə və normalarına dəstəyinə, həmçinin sadiqliyinə əsaslanaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqləyir. MDİ ATƏT-in Minsk Qrupu həmsədrlərinin müvafiq bəyanatına qoşularaq bu "seçkilərin" nəticələrini tanımır", - deyə bəyanatda vurğulanır.

Həmçinin bildirilir ki, təşkilat bu həssas məsələ ilə bağlı Avropa İttifaqının kəskin mövqeyini paylaşır.

Sonda isə MDİ-nin münaqişənin tez bir zamanda sülh yolu ilə dayanıqlı həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun səylərinə dəstəyi vurğulanır və tərəflərə regionda təhlükəsizliyi bərpa etmək naminə prosesə daha konstruktiv yanaşma nümayiş etdirməyə çağırış edilir.


Etiketlər:  MDİ Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri pisləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ