Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr pandemiya ilə bağlı yeni qərarlar qəbul etdilər - FOTO

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr pandemiya ilə bağlı yeni qərarlar qəbul etdilər - FOTO

Tarix: 28 Aprel 2020 17:21

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin səhiyyə nazirləri səviyyəsində bu gün keçirilən görüşdə Türk Şurasının Sammitində qəbul edilən Bakı bəyannaməsinin müddəalarının yerinə yetirilməsinə dair qərarlar qəbul edilib.

Sonxeber.net xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu qərarlara uyğun olaraq, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlıq qurulsun və Tərəflərin ekspertlərindən ibarət Birgə İşçi Qrup yaradılacaq. COVİD-19 pandemiyası və digər təhlükəli infeksiyalara qarşı mübarizədə profilaktika, diaqnostika, müalicə, epidemioloji nəzarət, elmi araşdırmalar sahəsində məlumat və təcrübə mübadiləsi genişləndiriləcək. COVİD-19 və digər təhlükəli infeksiyalar üzrə əməkdaşlıq və koordinasiyanın genişləndirilməsi məqsədi ilə üzv/müşahidəçi dövlətlərin aidiyyati nazirliklərinin ekspertlərindən ibarət Xüsusi Əməkdaşlıq Mexanizmi yaradılsın və onun fəaliyyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi vasitəsilə tənzimlənəcək.

Pandemiyalar zamanı xəstəxanaların idarəedilməsi, laborator diaqnostika və həyati dəstək əhəmiyyətli tibbi avadanlıqlar ilə bağlı ehtiyacların qiymətləndilməsi, eləcə də ixtisaslı tibb mütəxəssislərindən ibarət qrupların yaradılmasına dair əməkdaşlıq və təcrübə mübadiləsi aparılacaq. Təhlükəli infeksiyaların müalicə və profilaktikasında yeni metodların, o cümlədən, müvafiq vaksin, farmakoloji məhsulların və müalicə sxemlərinin hazırlanması sahəsində birgə əməkdaşlıq inkişaf etdiriləcək. COVİD-19 və digər təhlükəli infeksiyalar üzrə tibb mütəxəssisləri üçün bilik və bacarıqların inkişafı proqramlarının tətbiqi, eləcə də onlayn-təlimlər təşkil ediləcək.


Etiketlər:  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr pandemiya ilə bağlı yeni qərarlar qəbul etdilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ