Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 05:16
Bakı. Trend:
Böyük Britaniyada yeni növ koronavirusdan ötən sutka ərzində 586 nəfər dünyasını dəyişib.
Trend-in "Sky News"a istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə naziri Mett Henkok brifinq zamanı deyib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 21 092 nəfər çatıb.
M.Henkok bildirib ki, aprelin 29-dan etibarən hökumət koronavirusdan ölən insanların tam statistikasını dərc etməyə başlayacaq.
Nazir əlavə edib ki, aprel ayının sonuna qədər hökumət gündə koronavirusunun aşkar olunması üzrə 100 min test keçirmək məqsədinə çatmalıdır.
Qeyd edək ki, Böyük Britaniyada yeni növ koronavirusa yoluxanların ümumi sayı 160 mini ötüb.