Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Samsung Galaxy Fold 2-nin kameraları barəsində məlumat verilib

Samsung Galaxy Fold 2-nin kameraları barəsində məlumat verilib

Tarix: 30 Aprel 2020 08:36

DSCC (Display Supply Chain Consultants) şirkətinin rəhbəri Ross Young, Samsung şirkətinin yeni qatlana bilən smartfon modeli barəsində məlumatlar verməyə davam edir. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə onun verdiyi yeni məlumata əsasən Galaxy Fold 2 smartfonu yenilənmiş üçlü arxa kamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Galaxy Fold modeli 12 MP + 12 MP + 16 MP üçlü arxa kamera ilə təchiz olunur.

Lakin Galaxy Fold 2 modeli 12 MP + 16 MP + 64 MP üçlü arxa kamera ilə təchiz olunacaq. Smartfonun kameraları həmçinin təsvirin ikili optik stabilizasiyası özəlliyinə sahib olacaqlar. Bununla yanaşı Ross Young qeyd edib ki, birinci Galaxy Fold modelindən fərqli olaraq Galaxy Fold 2-nin qiyməti bir qədər aşağı olacaq. Yəni smartfon 1880$-1895$ aralığında satışa çıxacaq. Son məlumat sızıntılarına əsasən Galaxy Fold 2 smartfonu Galaxy Note 20 seriyası ilə birlikdə təqdim olunacaq. Onun satışı isə sentyabr ayına planlaşdırılır.

Milli.Az


Etiketlər:  Samsung Galaxy Fold 2 nin kameraları barəsində məlumat verilib


RƏYLƏR