Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 11:20
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən qabaqcadan satış kassalarından və eləcə də online qaydada alınan biletlərin geri qaytarılması prosesi tam olaraq başa çatdırılıb.
Bunu Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.
Onun sözlərinə görə, satış kassalarından alınan biletlər aprel ayının əvvəllərində, online qaydada alınan biletlər isə cari ayın 20-nə qədər geri alınıb:
“Artıq qabaqcadan satış kassalarından, eləcə də online qaydada alınan biletlərin geri qaytarılması prosesi tam olaraq yekunlaşıb. Ümumilikdə 4569 bilet geri alınıb, ödənilən məbləğ sərnişinlərə qaytarılıb. Onlardan 3319-u satış kassalarından alınan biletlərdir, 558 əməliyyat kodu üzrə 1250 bilet isə online qaydada alınanlardır”.
P.Məmmədova qeyd edib ki, biletlərin məbləği heç bir komissiya tutulmadan sərnişinlərə geri qaytarılıb.