Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aygün Bəylər erməni müğənni ilə yayılan kadrlarından danışdı

Aygün Bəylər erməni müğənni ilə yayılan kadrlarından danışdı

Tarix: 30 Aprel 2020 12:50

Bu günlərdə sosial şəbəkədə Əməkdar artist Aygün Bəylərin erməni müğənni İlona Nersesova ilə məclislərin birində "Tut ağacı" mahnısını ifa etməsi qalmaqala səbəb olub.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi bu barədə "Xəzər" TV-də yayımlanan "Səni axtarıram" verilişində açıqlama verib.

A.Bəylər bildirib ki, İlonanın erməni əsilli olmasından xəbərdar deyilmiş:

"Haqqımda narahatedici söhbətlər gəzir. Deyirlər ki, erməni müğənni ilə mahnı oxumuşam. Ola bilər ki, hansısa məclisdə 15-20 il bundan öncə Moskvada bir araya gəlmişik. Hər dəfə Moskvada xeyir işdə olanda orada müğənnilər çox olur. Biz bilmirik ki, kim kimdir. Yalnız adını soruşanda xəbərdar oluruq. Mənə elə gəlir ki, o qız da heç erməni əsilli deyil. Mənimlə Azərbaycan dilində danışdı. Dedi ki, "Tut ağacı"nı o qədər çox istəyirəm ki... Bakıda yaşayan bir insan olub. Bu hadisəni səhv kimi qəbul etmirəm. Səhnəyə çıxan heç kimdən vəsiqə istəmirik. Bildiyimə görə, bu qız İsraildə yaşayır. Bu, 18-19 il bundan öncə baş verən hadisədir. Çox xahiş edirəm ki, belə şey etməsinlər. Musiqiçiyə təb vermək, sevmək lazımdır. Mən hamını sevirəm".


Etiketlər:  Aygün Bəylər erməni müğənni ilə yayılan kadrlarından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ