Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərə Premyer Liqasının bərpası ilə bağlı yeni vaxt

İngiltərə Premyer Liqasının bərpası ilə bağlı yeni vaxt

Tarix: 30 Aprel 2020 16:00

İngiltərə Premyer Liqası rəhbərliyi klublara mövsümün bərpası ilə bağlı hazırlanan cədvəli göndərib.

Qol.az "The Telegraph"a istinadən xəbər verir ki, cədvələ əsasən, klublara mayın 18-dən etibarən tam hazırlığa başlamağa icazə veriləcək. Matçlar isə iyunun 8-dən bərpa olunacaq.
 
Bu plan cümə günü planlaşdırılan konfransdan əvvəl klublarla fərdi şəkildə müzakirə ediləcək.

Qeyd edək ki, cədvəl koronavirus səbəbindən məhdudlaşdırıcı tədbirlərin mayın 7-dən etibarən İngiltərədə yumşaldılacağı əsas götürülərək hazırlanıb.

Əlavə edək ki, mayın 9-10-u futbolçuların koronavirus testindən keçirilməsi planlaşdırılır.

 


Etiketlər:  İngiltərə Premyer Liqasının bərpası ilə bağlı yeni vaxt


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ