Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir sıra ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq

Bir sıra ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq

Tarix: 1 May 2020 17:50

Bir sıra ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda karantin rejimi ilə əlaqədar vətəndaş qəbulu, ictimai nəqliyyatda, bazar və yarmarkalarda, turizm və ictimai iaşə obyektlərində, ayrı-ayrı ofislərin fəaliyyətinin hərəkəti üzrə 6 yeni təlimat göstərişləri hazırlanıb.

TƏBİB sədri bildirib ki, göstərişlər müvafiq orqanlara təqdim edilib: "Sabah onlar koronavirus.info saytında yerləşdiriləcək. Bu təlimatların icrası çox ciddi şəkildə həyata keçirilməlidir".

R.Bayramlı qeyd edib ki, ictimai yerlərdə sosial məsafənin saxlanması önəmlidir: "Bir sıra ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq. Bununla bağlı məsələ təlimatlarda öz əksini tapacaq".


Etiketlər:  sıra ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ