Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Röyanın daha bir açıq-saçıq FOTOsu

Röyanın daha bir açıq-saçıq FOTOsu

Tarix: 1 May 2020 23:25

Xalq artisti Röya sosial mediada paylaşımları ilə heyrətləndirməyi davam edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sənətçi şou-biznesin sükütunu açıq-saçıq və qlamur fotosu ilə pozub.

Ağlı-qaralı fotoda stulda oturaraq ayaqlarını önə aşıran Röya qara rəngli "top" və qısa "şortu" ilə kamera önünə keçib.

Xalq artisti seksual "look"unu uzun, parlaq, dəri çəkmələri ilə tamamlayıb. Bu çəkmələrin müəllifi gürcü dizayner Datuna Sulikaşvilidir.

Diqqət çəkən məqam isə çəkmənin bir dünya şöhrətli ulduz Leydi Qaqa, bir də Xalq artisti Röya Ayxanda olmasıdır. Qısa sarı saçlarını uzadaraq qaraya boyayan Röya onları çiyinlərini atıb.

Röyanın imici üzərində dünya şöhrətli vizajist və stilist Anar Ağakişiyev çalışıb.

Müğənni iki milyonluq "Instagram" hesabında paylaşdığı şəklə "Bir üzü ağarıb guya" şərhini yazıb.

Milli.Az


Etiketlər:  Röyanın daha açıq saçıq FOTOsu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ