Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 18:34
Şəmkir rayonunda baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Sonxeber.net bildirir ki, rayonun Yenihəyat kənd bələdiyyəsinin indiki sədri Kəmalə Qasımova "Qafqazinfo"ya açıqlamasında deyib ki, onun Etibar Hüseynov adlı qardaşı yoxdur və hadisəni törədən şəxs onun yox, bələdiyyənin keçmiş sədri Sona Süleymanovanın qardaşıdır.
Xatırladaq ki, mayın 1-də rayon sakini Etibar Süleymanov münaqişə zəminində bacanağı Elnur Hüseynovu başından güllələyərək öldürüb.