Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Milan"ın kapitanı Liverpul təmsilçisinin hədəfində

Tarix: 3 May 2020 18:52

"Milan"ın kapitanı Alessio Romanyoli karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, növbəti transfer pəncərəsində "Everton" "Milan"ın müdafiəçisini heyətinə qatmağa çalışacaq. Liverpul təmsilçisi 25 yaşlı futbolçu üçün 35 milyon avro ödəməyə hazır olduğunu bildirib. İtaliya yığmasının üzvü ilə Lazio da yaxından maraqlanır.

Qeyd edək ki, Romanyoli cari mövsüm ərzində 29 oyunda iştirak edib.

Milli.Az


Etiketlər:  Milanın kapitanı Liverpul təmsilçisinin hədəfində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ