Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin qaydalarını pozan daha 1049 sürücü məsuliyyətə cəlb olundu

Karantin qaydalarını pozan daha 1049 sürücü məsuliyyətə cəlb olundu

Tarix: 4 May 2020 10:10

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 03.05.2020-ci il saat 00:00-dan 04.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1049 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən Sonxeber.net-a verilən məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47477 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


Etiketlər:  Karantin qaydalarını pozan daha 1049 sürücü məsuliyyətə cəlb olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ