Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 14:20
Bakı. Trend:
Ermənistanda 500 min nəfər koronavirusa yoluxa bilər.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan proqnozlaşdırıb.
O bildirib ki, virusdan ölənlərin sayı min nəfəri ötə bilər.
Nazir əlavə edib ki, karantin qaydalarına əməl olunmadıqca on minlərlə şəxs xəstəxanalara yerləşdiriləcək.
Qeyd edək ki, bu günədək Ermənistanda 2 500-dən çox şəxs koronavirusa yoluxub, 39 nəfər ölüb.
Ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan edilib.