Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 08:56
Tesla şirkəti bu ilin birinci rübündə 102 min 672 elektromobil, eyni zamanda elektromobillər üçün 1917 ədəd enerji məntəqəsini satışa çıxarıb. Alıcılara 88 min 496 elektromobil çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% azdır.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Tesla elektromobil satışından 5,132 milyard dollar gəlir qazanıb.
Son üç ayda isə elektromobil satışı şirkətə təxminən 5,985 milyard dollara yaxın qazanc gətirib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% azalsa da, illik göstəriciyə görə 32% çoxdur.
Şirkətin birinci rüb ərzində əməliyyat mənfəəti 283 milyon dollar olub. Bu göstərici əvvəlki rüblə müqayisədə 21% az, lakin illik ifadədə 154% çoxdur.