Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 13:06
Milli Məclisi bu gün keçirilən plenar iclasında Azərbaycanla İtaliya arasında yeni sənədin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, iclasda "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında diplomatik nümayəndəlik, konsulluq və daimi nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" məsələyə baxılıb.
Qeyd olunub ki, anlaşma memorandumu iki ölkə arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək.