Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

YPX avtomobili yolun əks istiqaməti ilə gedir - RƏSMİ AÇIQLAMA

YPX avtomobili yolun əks istiqaməti ilə gedir - RƏSMİ AÇIQLAMA

Tarix: 5 May 2020 14:26

Yol polisinin yol hərəkəti qaydalarını pozduğuna dair video müzakirələrə səbəb olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, videogörüntülər sosial şəbəkələrdə yayılıb. Vətəndaşın iddiasına görə, Yol Patrul Xidməti (YPX) avtomobili Qazax-Bakı avtomobil yolunun 267-ci km-də, magistral yolun Ucar rayonu yaxınlığından keçən hissəsində qayda pozuntusuna yol verib. Yolun əks istiqaməti ilə irəliləyən YPX avtomobilinin digər hərəkət iştirakçılarına təhlükə törətdiyi iddia olunur.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, bəzi müstəsna hallarda operativ nəqliyyat vasitələrinin yol hərəkəti qaydalarından kənara çıxmasına icazə verilir:

"Görüntülərdə hadisənin nə zaman lentə alındığı bilinmir. Ola bilər ki, həmin an yaxınlıqdakı ərazidə yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu zaman YPX avtomobili yolun əks istiqaməti ilə hadisə yerinə vaxtında çatmağa çalışa bilər. Bilirsiniz ki, operativ nəqliyyat vasitələrinin sayrışan işıqları bir neçə rejimdə istifadə edilir.

Konkret olaraq sayrışan işıqların hansı rejimdə olduğu görünmür. Lakin dediyim kimi, qəza baş verən zaman hadisə yerinə gedən YPX avtomobilləri nəqliyyat vasitəsinin ön hissəsində olan sayrışan işıqları yandıraraq hərəkət edir. Burada yolun əks istiqamətində hərəkət edən YPX avtomobilinin sürətindən də bəllidir ki, əməkdaşlar hansısa yol nəqliyyat hadisəsi ilə bağlı məcburiyyət qarşısında o istiqamətdə gedir".


Etiketlər:  avtomobili yolun əks istiqaməti ilə gedir RƏSMİ AÇIQLAMA


RƏYLƏR