Tarix: 5 May 2020 20:56
“Yuventus”un koronavirusa yoluxan futbolçuları Daniele Ruqani və Blez Matyuidi sağalıb.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Futbolçuların son koronavirus testi mənfi çıxıb. Artıq onlar təcrid şəraitində qalmayacaq və komanda ilə məşqlərə başlayacaqlar.
Komandanın pandemiyaya yoluxan digər üzvü Paulo Dibala isə hələlik müalicə olunur.