Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Səninlə bütünləşdim'' - Aydandan sevgilisinə

''Səninlə bütünləşdim'' - Aydandan sevgilisinə

Tarix: 6 May 2020 13:00

Sənin varlığınla sənin və mənim ad günümdən əlavə həyatımda yeni və vacib bir doğum günü yarandı: sevgimizin, "biz" anlayışının ad günü... İtirilmiş etimadın yenidən doğulması və gələcək qurmaq planlarının yaranması...

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Aydan Axundova sosial şəbəkədə sevgilisi İbrahim Çingizlə fotosunu paylaşaraq yazıb. Aktyor sevgilisini ad günü münasibətilə təbrik edən sənətçi etiraflar edib:

"Varlığınla həyatımın mənası, birgə məqsədlər, yeni dünya və bir neçə belə amillər doğuldu. Onlar o qədər çoxdur ki, onları sevgi ilə qeyd etməyimiz üçün ömrümüzün yetməsini diləyirəm. Mənim dəyişməyimi istəmədən məni dəyişdirdin. Qoruyucu mələyim oldun. Elə bir qayğı ilə məni əhatə etdin ki, hər gün özümə aşiq olmağa başladım. Hər dəfə düşünürəm ki, sevgim səninlə nəticəyə çatdı və mən bütünləşdim. Hər dəfə qəlbimdə daha böyük yerlər fəth edirsən.

Önəmlisi odur ki, hər zaman sağlam ol, məni sevməyə davam et və belə möhtəşəm qal. Mənim sevgim, digərləri ilə mən məşğul olacam".

Milli.Az


Etiketlər:  Səninlə bütünləşdim Aydandan sevgilisinə


RƏYLƏR