Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2019 17:44
Çempionlar Liqasının finalında "Tottenhem" və "Liverpul" komandaları arasında Madriddəki "Vanda Metropolitano" stadionunda keçirilən oyunda (0:2) yarıçılpaq vəziyyətdə meydana girən model Kinsi Volanski cərimələnəcək.
Qol.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, cazibədar xanım 15 min avro məbləğində cərimə ödəməli olacaq. Buna səbəb Volanskinin bu addımının reklam xarakteri daşımasıdır. Onun üzərində "VitalyzdTV" yazılan geyimdə meydana daxil olmasından sonra sözügedən telekanalın 3.5 milyon avro gəlir götürdüyü iddia olunur.
Qeyd edək ki, həmin hadisədən sonra modelin "İnstagram"dakı izləyicilərinin sayı 2.5 milyon nəfərə çatsa da, sonradan onun hesabı bağlanmışdı.