Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amazon-dan saxta AirPods sifariş verdi və...

Amazon-dan saxta AirPods sifariş verdi və...

Tarix: 7 May 2020 22:20

Onlayn alış-veriş platforması Amazon-dan saxta AirPods sifariş edən qadın paketi açanda gözlərinə inanmayıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Dubayda yaşayan Elizey Amazon vasitəsilə orijinalından 90 avro daha ucuz olan saxta AirPods sifariş edib.

50 avro ödəniş edən Elizeyin sifariş etdiyi AirPods-lar orijinala çox oxşasa da ölçü məsələsində ciddi uyuşmazlıq yaşanıb. Belə ki, məhsulun ölçüləri qulaqlıqdan daha çox səsgücləndiriciyə uyğun gəlir.

Elizey AirPods-un şəklini sosial mediada paylaşaraq "Bu gün Amazon-dan sifariş etdiyim AirPods-ları təslim aldım. İlahi, bunlar çox böyükdür" yazıb.

Elizey sifariş verərkən saxta qulaqlıqların sadəcə səs keyifyyəti və enerji saxlama müddətində fərq olacağını düşünsə də, bu səhnə ilə qarşılaşacağını ağlına da gətirməyib.

Qeyd edək ki, Amazon tərəfi hələlik bu barədə açıqlama verməyib.


Etiketlər:  Amazon saxta AirPods sifariş verdi


RƏYLƏR