Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yupiterdən üç dəfə böyük planet aşkar edilib

Yupiterdən üç dəfə böyük planet aşkar edilib

Tarix: 7 May 2020 23:56

"The Astronomical Journal"da yer alan tədqiqat işinə əsasən, astronomlar kütləsi Yupiterdən 3 dəfə böyük olan Kepler-88 d planetini aşkar ediblər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, "Kosmik pəhləvan" Kepler-88 sistemində, Yer kürəsindən 1243 işıq ili məsafədə yerləşir.

Planet öz ulduzu ətrafında hər dörd ildən bir dövr edir. Onun orbiti yumru deyil, elliptikdir. Bu Kepler-88 sistemində aşkar edilmiş dördüncü planetdir. Alimlər əmindirlər ki, kəşf bu planetlərin qarşılıqlı təsirini daha yaxşı öyrənməyə imkan verəcək.

Qeyd edək ki, astronomların yeni planeti aşkar etməsinə altı il vaxt sərf olunub. Belə ki, onlar bu illər ərzində məlumatları KEK 1 teleskopundan yüksək ayırdetmə dəqiqlikli HIRES spektrometri vasitəsilə tədqiq ediblər.

Milli.Az


Etiketlər:  Yupiterdən üç dəfə böyük planet aşkar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ