Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toyvo Klaar: Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda siyasi nizamlanmasını təmin etmək lazımdır

Toyvo Klaar: Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda siyasi nizamlanmasını təmin etmək lazımdır

Tarix: 8 May 2020 11:56

Bakı. Ləman Zeynalova - Trend:

Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda siyasi nizamlanmasını təmin etmək lazımdır.

Bunu Trend-ə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar deyib.

O bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətə baxmayaraq Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ətrafındakı hadisələri diqqətlə izləməkdə davam edir:

“Bununla əlaqədar olaraq mən ötən həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışıqları keçirmişəm. Biz regionda son hadisələr, o cümlədən koronavirusun təsiri barədə fikir mübadiləsi apardıq. Bu, dünyanın ümumi problemidir və onun öhdəsindən gəlmək birgə səylər tələb edir. Bildiyiniz kimi, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Avropa İttifaqının adından qəti bəyanatla çıxış edərək BMT-nin baş katibi Antoniu Quterreşin koronavirus pandemiyası fonunda qlobal atəşkəsin təmin olunması barədə çağırışını dəstəklədi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində mən Aİ-nin atəşkəs rejiminə ciddi əməl etmək və ATƏT Minsk qrupu həmsədrlərinin rəhbərlik etdiyi sülh prosesində konstruktiv iştirak etmək çağırışını təkrarlamaq istərdim”.

O əlavə edib ki. Aİ münaqişənin nizamlanması prosesinin fasiləsizliyini təmin edən həmsədrlərin səylərini, eləcə də onlarına regionda sülh və təhlükəsizliklə bağlı yanaşma və təkliflərini tam dəstəkləyir.

T.Klaar, həmçinin aprelin 21-də xarici işlər nazirləri və həmsədrlərin iştirakı ilə videokonfrans vasitəsilə keçirilmiş iclası müsbət hadisə kimi adlandırıb. O bildirib ki, münaqişədə status-kvo dayanıqlı deyil:

“Münaqişə tez bir zamanda siyasi nizamlanmanı tələb edir. Biz tərəflərin gərginliyi azaltmaq üçün tədbirlər görəcəyini və 2020-ci il yanvarın 30-da Cenevrədə üçgünlük müzakirələrin sonunda qəbul edilmiş birgə bəyanata uyğun addımlar atacağını gözləyirik”.


Etiketlər:  Toyvo Klaar Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda siyasi nizamlanmasını təmin etmək lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ